İstirahət günlərinin hava proqnozu


Digərləri 25 Okt 2019 16:51:00 311 0

İstirahət günlərinin hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində gözlənilən hava proqnozunu açıqlayıb.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda  17-22,  dağlıq rayonlarda  12-16 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu  18-23, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək. 

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında  hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24 dərəcə isti təşkil edəcək.