Əsgər Rusiyada hərbi hissədə 7 nəfəri güllələyib öldürdü


Dünya 25 Okt 2019 16:57:00 314 0

Əsgər Rusiyada hərbi hissədə 7 nəfəri güllələyib öldürdü

Rusiyanın Zabaykalye diyarında hərbi hissələrin birində atışma olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, müddətli hərbi xidmət keçən bir əsgər öz xidmət yoldaşlarına atəş açıb.

Hadisə nəticəsində 7 nəfər həlak olub, daha iki nəfər yaralanıb. İnsident qarovulun dəyişməsi zamanı baş verib.

Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.