Azərbaycan Prezidenti: İkili standartlar siyasətinə son qoyulmalıdır


Digərləri 25 Okt 2019 16:51:00 221 0

Azərbaycan Prezidenti: İkili standartlar siyasətinə son qoyulmalıdır

İkili standartlar siyasətinə son qoyulmalıdır

Bakı. İkili standartlar siyasətinə son qoyulmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində deyib. Dövlət başçısı bildirib: "1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Əli Əsədov rusiyalı həmkarı ilə danışıqlar aparıb like
  • 25 Okt 16:48  
Digərləri Əli Əsədov rusiyalı həmkarı ilə danışıqlar aparıb

Rusiyanın Baş naziri Dmitri Medvedev Moskva vilayətindəki “Skolkovo” tex

arrow Ətraflı
Nazənin: "Onlara həqiqətən də dost demək olar" like
  • 25 Okt 16:39  
Şou-biznes Nazənin: "Onlara həqiqətən də dost demək olar"

Müğənni Nazəninin yeni duet ortağı məlum olub.

arrow Ətraflı
Milli Məclisin 82 yaşlı deputatı: "Yerimizi gənclər tutmalıdır" like
  • 25 Okt 16:39  
Digərləri Milli Məclisin 82 yaşlı deputatı: "Yerimizi gənclər tutmalıdır"

Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etmə

arrow Ətraflı
Manchester City-nin müdafiəçisi əməliyyat olundu like
  • 25 Okt 16:38  
İdman Manchester City-nin müdafiəçisi əməliyyat olundu

Manchester City-nin müdafiəçisi Aleksandr Zin&cced

arrow Ətraflı
320 ton kolbasa məhv ediləcək - Xəstəlik aşkarlandı like
  • 25 Okt 16:32  
Digərləri 320 ton kolbasa məhv ediləcək - Xəstəlik aşkarlandı

Almaniyanın Hesse federal torpağında 320 ton kolbasa məhv ediləcək

arrow Ətraflı
Əşrəf Qani: "Qoşulmama Hərəkatı öz dəyərlərini təşviq etməlidir" like
  • 25 Okt 16:29  
Siyasət Əşrəf Qani: "Qoşulmama Hərəkatı öz dəyərlərini təşviq etməlidir"

"Əminəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə

arrow Ətraflı