Azərbaycan Prezidenti: "BMTnin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur"


Siyasət 25 Okt 2019 16:48:00 282 0

Azərbaycan Prezidenti: "BMTnin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur"

"BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində deyib.

Dövlət başçısı bildirib: "Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir".