Azərbaycan Prezidenti: BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur


Digərləri 25 Okt 2019 16:45:00 279 0

Azərbaycan Prezidenti: BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur

BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur.

Bakı. BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində deyib. Dövlət başçısı bildirib: "Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin