Milli Məclisin 82 yaşlı deputatı: "Yerimizi gənclər tutmalıdır"


Digərləri 25 Okt 2019 16:39:00 262 0

Milli Məclisin 82 yaşlı deputatı: "Yerimizi gənclər tutmalıdır"

Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm.

Son.az xəbər verir ki, bu barədə unikal.org-a Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək: 

"Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır".