Əşrəf Qani: "Qoşulmama Hərəkatı öz dəyərlərini təşviq etməlidir"


Siyasət 25 Okt 2019 16:29:00 299 0

Əşrəf Qani: "Qoşulmama Hərəkatı öz dəyərlərini təşviq etməlidir"

"Əminəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın fəaliyyətinə yeni bir siyasi canlanma gələcək və yeni müsbət nailiyyətlər əldə edəcəyik. Bu Zirvə Görüşü yüksək səviyyədə təşkil olunub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.

Əfqanıstan Prezidenti qeyd edib ki, təşkilata üzv dövlətlər səylərini birləşdirməlidirlər: "Biz müqavimətimizi gücləndirməliyik ki, parçalanmanı aradan qaldıraq. Transsərhəd terror şəbəkələrinə qarşı birgə mübarizə aparmalı, narkoticarət qarşısında sədlər qoymalıyıq. Əgər biz dəyişikliklər haqqında danışırıqsa, siyasi cəsarətimiz olmalıdr. Qoşulmama Hərəkatı dialoq carçısıdır. Bizim bu hərəkat çərçivəsində əldə etdiyimiz nailiyyətlər var, amma biz öz mübarizliyimizi nümayiş etdirməliyik. Yalnız bu halda qarşımızda duran vəzifələrin öhdəsindən gələ bilərik".

M.Ə.Qani vurğulayıb ki, Qoşulmama Hərəkatı öz dəyərlərini təşviq etməlidir: "Biz istərdik ki, sülhün qorunması istiqamətində səylər artırılsın".