Buzovnada qadın piyadanı vurub xəstəxanalıq edən sürücü saxlanılıb


Digərləri 25 Okt 2019 16:07:19 281 0

Buzovnada qadın piyadanı vurub xəstəxanalıq edən sürücü saxlanılıb

Buzovnada qadın piyadanı vurub xəstəxanalıq edən sürücü saxlanılıb

Bakı. Oktyabrın 24-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini R.Hacıyeva vurulub və o, xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər Rayon polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarəti ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılıb. Araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin