116 nəfərdə dərman qəbulu allergiya yaradıb, 139 nəfər isə zəhərlənib


Digərləri 25 Okt 2019 15:34:00 270 0

116 nəfərdə dərman qəbulu allergiya yaradıb, 139 nəfər isə zəhərlənib

"Bu ilin yanvar-oktyabr (oktyabrın hazırkı dövrünə qədər) ayları ərzində 139 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib".

Son.az xəbər verir ki, bunu Trend-ə özəl olaraq mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 19-u uşaq olub.

A.Maqsudov bildirib ki, bu il ərzində 20-si uşaq olmaqla, 116 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.

Şöbə müdiri hesab edir ki, zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil. Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir.