Tovuzda dağı partladıb yol çəkirlər


Digərləri 25 Okt 2019 15:14:00 273 0

Tovuzda dağı partladıb yol çəkirlər

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a daxil olan məlumata görə, rayonun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər yekunlaşmaq üzrədir.

Belə ki, yolun 8 km uzunluğa malik hissəsində ümumiyyətlə yol olmayıb və hazırda yeni yolun tikintisi aparılır. Çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir. Artıq yolun 7 km-lik hissəsində bu işlər yekunlaşdırılıb.