Dünya çempionatında çıxış edəcək güləş yığmalarımızın heyəti açıqlandı
İdman 25 Okt 2019 14:56:00 161 0
Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.
Məsul yarışda ölkəmizi güləşin hər 3 növü üzrə yığmalarımızın üzvləri təmsil edəcək. Bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının baş katibi Orxan Məmmədov, federasiyanın vitse-prezidentləri - Elçin Cəfərov, Firdovsi Umudov və Namiq Abdullayev, eləcə də İdman şöbəsinin müdiri Yaqub Məmmədov mundialda çıxış edəcək güləşçilərlə görüşüb və heyət açıqlanıb.
Dünya çempionatının ilk günlərində böyük məşqçi Zəlimxan Hüseynovla məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Murad Süleymanov (74 kq), Abubakr Abakarov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) yer alıb.
Qadınların yarışında ölkəmizi yalnız Türkan Nəsirova (50 kq) təmsil edəcək. O, millimizin baş məşqçisi Aslan Ağayevin başçılığı altında güləşəcək.
Yarışın son günlərində xalça üzərinə yunan-Roma güləşçilərimiz çıxacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Namaz Rüstəmov (67 kq), Sənan Süleymanov (72 kq), Tuncay Vəzirzadə (77 kq), Eltun Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, mundialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.
"Yerli borc bazarının inkişaf etdirilməsi üçün xarici borcun bir his

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Yevlax, Ağdaş, Bərdə rayonların

"Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərl

"PKK terror təşkilatının sıralarında erməni terrorçularını ələ

Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə

"Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmiş

"Son zamanlar Ermənistan rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi il

Əməkdar artist Xumar Qədimova İmadəddin Nəsiminin 650 illiyinə həsr olun

Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir

"Azərbaycanda yanacağa tələbatın böyük hissəsini təmin edən Heyd

"Azərbaycanın xarici siyasəti milli maraqlara, ədalətə əsaslanır v

Kaliforniyada meşə yanğınları səbəbiylə 40-50 min sakin təxliyə edilə

Azərbaycanın xarici siyasəti milli maraqlara, ədalətə əsaslanır və biz

"Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetləri

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və
