Dövlət Gömrük Komitəsinin rəhbərliyi Yevlax və Bərdə rayonlarında, Mingəçevir şəhərində vətəndaşları qəbul edib (FOTO)


Digərləri 25 Okt 2019 14:50:00 229 0

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Yevlax və Bərdə rayonlarında, Mingəçevir şəhərində vətəndaşları qəbul edib (FOTO)

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Yevlax, Ağdaş, Bərdə rayonlarının və Mingəçevir şəhərinin sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Trend-in məlumatına görə, oktyabrın 25-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi Yevlax, Ağdaş, Bərdə rayonlarının və Mingəçevir şəhərinin sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib. Həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Yevlax şəhərində Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib. Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.