Aran rayonlarında hansı ağacları əkmək olar?


Digərləri 25 Okt 2019 14:30:00 341 0

Aran rayonlarında hansı ağacları əkmək olar?

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov Aran zonasında əkiləcək meyvə ağacları, əkin qaydaları, zəruri texniki göstəricilər barədə fikirlərini bildirib.

- Hansı növ meyvə ağacları Aran zonasının iqliminə uyğundur?

- Aran zonasında iqlimə və yerli şəraitə uyğun əsasən badam, əncir, nar, ərik, tut, xurma, innab, albalı, alça, armud, gavalı, heyva, iydə, püstə və s. ağaclar əkilə bilər.

- Əkin prosesində nələrə diqqət yetirilməlidir?

- Meyvə tinglərinin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalı və bir-birindən 2-4 metr məsafədə əkilməlidir. Tingin ölçüsü 80-120 sm-ə qədər ola bilər. Hündür olarsa baş hissəsindən kəsmək lazımdır ki, tingin kökü formalaşa bilsin. Kökü torpaqlı böyük ağacların (boyu 2-3 m olan) əkilməsi üçün 50 sm enində və 50 sm dərinliyində çalalar qazılmalıdır. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə əkilməlidir. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.

- Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün hansı qaydalara əməl olunmalıdır?