SOCAR: Heydər Əliyev adına BNEZdə təmir işləri başa çatmaq üzrədir


Digərləri 25 Okt 2019 14:13:00 347 0

SOCAR: Heydər Əliyev adına BNEZdə təmir işləri başa çatmaq üzrədir

"Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) aparılan təmir başa çatmaq üzrədir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BNEZ-də mətbuat turu zamanı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, təmir olunan avadanlıqlar mərhələli şəkildə istismara verilir.

SOCAR zavodda təmir işlərini noyabrın 4-dək başa çatdırmaq niyyətindədir. BNEZ-lə yanaşı, Sumqayıtda "Azərkimya" müəssisəsində də təmir-bərpa işləri aparılır.