“Made in Azerbaijan” brendinin layiqli təmsilçisi STP “Power Almatı” sərgisində iştirak edir (FOTO)


Digərləri 25 Okt 2019 14:17:00 279 0

“Made in Azerbaijan” brendinin layiqli təmsilçisi STP “Power Almatı” sərgisində iştirak edir (FOTO)

Azərbaycanın ən böyük kabel ixracatçısı olan Sumqayıt Texnologiyalar Parkı “Made in Azerbaijan” markasını xarici bazarlarda uğurla tanıtmağa davam edir.

Bakı. Azərbaycanın ən böyük kabel ixracatçısı olan Sumqayıt Texnologiyalar Parkı “Made in Azerbaijan” markasını xarici bazarlarda uğurla tanıtmağa davam edir. Qazaxıstanın Almatı şəhərində 23-25 oktyabr, 2019-cu il tarixlərində təşkil olunan Enerji, elektrik avadanlıqları və maşınqayırma sahələrini əhatə edən 18-ci “Power Almaty” sərgisində iştirak edən Texnopark “STP Kabel” adı altında istehsal etdiyi alçaq, orta, yüksək və ifrat yüksək gərginlikli kabel məhsullarını nümayişə çıxarıb. “Power Almaty” sərgisində iştirak etməklə STP öz məhsul və imkanlarını Qazaxıstanla yanaşı, Rusiya, Qırğızıstan, Özbəkistan kimi qonşu dövlətlərinə də tanıtmaq, satış coğrafiyasını genişləndirmək məqsədi güdür. Qazaxıstan “STP Kabel” məhsullarının etibar qazandığı və ən çox ixrac olunan ölkədir. Müəssisə son illər Almaniya, Rusiya, Türkiyə və Çin kimi ölkələri qabaqlayaraq Ogtoqay Dağ Mədəni və Tengiz Neft Yatağı kimi iri layihələrin tenderində qalib gəlib və böyük həcmli kabel satışı həyata keçirib. Texnoparkın stend və komandası ziyarətçilərin və təşkilatçıların xüsusi marağına səbəb olub və təşkilatçılar tərəfindən “Best stand Team” mükafatına layiq görülüb.