Onu zorlayan müdiri polisə verdiyi üçün məktəbli qızı diridiri yandırdılar


Dünya 25 Okt 2019 13:54:00 310 0

Onu zorlayan müdiri polisə verdiyi üçün məktəbli qızı diridiri yandırdılar

19 yaşlı qızın ölümü ilə əlaqədar 16 nəfər cəzalandırılıb.

Son.az Nyu-York Post-a istinadla bildirir ki, Banqladeşdə diri-diri yandırılan yeniyetmənin ölümünə görə 16 nəfərə ölüm hökmü verilib.

Ölüm hökmü ilə cəzalandırılanlar arasında 19 yaşlı Nusrat Jahan Rafinin məktəb müdiri də var. Elə, qızın ölümünə də əsas səbəbkar müdirdir.

Xatırladaq ki, mart ayında rəhbərin ona qarşı əxlaqsızlıq etdiyi üçün polisə müraciət edən Nusrat Jahan Rafi kollecin damında öldürülüb.

Hadisə Banqladeşdə baş verib. Qızın şikayətindən sonra qorxuya düşən müdir onun üstünə böhtan ataraq qızın kollecdə oğlanla cinsi əlaqədə olduğunu söyləyib və tələbələrə onu linç etməyi tapşırıb.

(adsgarden = window.adsgarden || []).push({});