BMT Baş Assambleyasının prezidenti: "Terrora, müharibələrə qarşı əməkdaşlıq etməklə öz məqsədlərimizə çatmalıyıq"


Siyasət 25 Okt 2019 13:47:00 264 0

BMT Baş Assambleyasının prezidenti: "Terrora, müharibələrə qarşı əməkdaşlıq etməklə öz məqsədlərimizə çatmalıyıq"

"Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü Hərəkata üzv ölkələr arasında həmrəyliyin göstəricisidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Zirvə Görüşündə çıxışı zaman deyib.

O, tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib və ölkəmizə təşkilata sədrliyi müddətində uğurlar arzu edib.

T.Bande vurğulayıb ki, İkinci Dünya Müharibəsindən sonra yaradılan BMT daim sülh və ədalətin mövcud olmasına çalışıb. O qeyd edib ki, BMT-nin Nizamnaməsi sülh üçün ən böyük zəmanətdir: "Biz terrorçuluğa, dağıdıcı müharibələrə qarşı əməkdaşlıq etməklə öz məqsədlərimizə çatmalı və Qoşulmama Hərəkatının prinsiplərini hər zaman uca tutmalıyıq".

Onun sözlərinə görə, elə həll variantları tapılmalıdır ki, çoxsaylı problemlər həll olunsun və bu, bütün dünya ölkələrini əhatə etsin: "Biz sülhün bərqərar olmasına, sosial ədalətə nail olmalıyıq. İşsizliyə və digər sosial çətinliyə qarşı mübarizə aparmalı, ailələrin, xüsusilə də gənc qızların hüquqlarını qorumalıyıq".