Hacıqabulda maarifləndirmə tədbiri keçirilib (FOTO)


Digərləri 25 Okt 2019 13:45:00 277 0

Hacıqabulda maarifləndirmə tədbiri keçirilib (FOTO)

“Məişət zorakılığının qarşısının alınması məqsədilə icma səviyyəsində maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri Hacıqabul rayonunda təşkil edilib.

Bakı. “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığının qarşısının alınması məqsədilə icma səviyyəsində maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri Hacıqabul rayonunda təşkil edilib. Trend-in məlumatına görə, Hacıqabul rayon İcra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Şıxəliyev tədbiri açaraq, bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb və iştirakçıları fəal olmağa dəvət edib. Tədbirdə layihənin eksperti Arzu Hüseyn öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Hacıqabul Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib. O, ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmininin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verildiyini bildirib, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. (adsgarden = window.adsgarden || []).push({}); Layihənin eksperti çıxış edərək, erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödənilməməsi, iqtisadi zorakılıq kimi ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması, cəzaçəkmə müəssisələrində məişət zorakılığı zəminində cinayətkar qadınların olması kimi məsələlərə toxunub və əhalinin düşüncə tərzini dəyişməyə və insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb. Tədbirdə iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və səmərəli fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin