Rusiya daha 300 çeçen hərbçisini Türkiyə ilə sərhəddə yerləşdirdi


Dünya 25 Okt 2019 13:04:00 277 0

Rusiya daha 300 çeçen hərbçisini Türkiyə ilə sərhəddə yerləşdirdi

Rusiya daha 300 çeçen hərbçisini Türkiyə ilə sərhəddə yaradılan 30 kilometrlik təhlükəsizlik zolağına yönəltdi.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə nazrliyinin bildirdiyinə görə, Suriyaya göndərilən çeçen hərbi polis dəstəsi Vladikavkazda təlim keçmiş ən təcrübəli hərbcilərdən ibarətdir.

Çeçenlər Suriyanın şimal-şərqində kürd silahlılarının çıxarılması, təhlükəsizliyin və qayda-qanunun qorunması kimi funksiyalar yerinə yetirəcəklər.

Bu tapşırıqların yerinə yetirilməsi üçün Xmeymim aviabazasına 20-dən artıq "Tiqr" və "Tayfun" zirehli maşınları göndəriləcək.