Nazir istefa verdi


Dünya 25 Okt 2019 12:49:00 321 0

Nazir istefa verdi

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri İssyu Sugavara istefa verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir seçicilərə xırda rüşvət təkliflərində ittiham olunur.

Belə ki, hələ 2007-ci ildə nazir seçkiöncəsi qərargahda səs qazanmag üçün qovun və xərçəng paylamaqda günahlandırılır. Qeyd edək ki, bu məhsullar Yaponiyada delikates sayılır.