BMT Baş katibi: Azərbaycanın sədrliyə başlaması ilə Qoşulmama Hərəkatının fəaliyyətində yeni mərhələ başlayır


Digərləri 25 Okt 2019 12:44:00 291 0

BMT Baş katibi: Azərbaycanın sədrliyə başlaması ilə Qoşulmama Hərəkatının fəaliyyətində yeni mərhələ başlayır

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başlanması ilə bu təşkilatın fəaliyyətində yeni mərhələ başlayır.

Bakı. Elçin Mehdiyev – Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başlanması ilə bu təşkilatın fəaliyyətində yeni mərhələ başlayır. Trend-in məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün iştirakçılarına müraciətində deyib. A.Quterreş Azərbaycanı sədrliyi üzərinə götürdüyünə görə təbrik edib. O qeyd edib ki, Qoşulmama Hərəkatı BMT-nin fəaliyyətinə mühüm töhfələr verir. Baş katib vurğulayıb ki, dünyaya elə şəbəkələr lazımdır ki, orada regional və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərə bilsinlər: "Sabitlik münaqişələrin qarşısının alınması üçün çox vacibdir. Bu gün resurslar uğrunda rəqabət də dünyada qeyri-sabitlik yaradır. Qoşulmama Hərəkatı kimi təşkilatlar lazımdır ki, sabitliyi təmin etmək mümkün olsun". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin