Azərbaycanda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına başlanıldı (FOTO)


Digərləri 25 Okt 2019 12:20:00 267 0

Azərbaycanda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına başlanıldı (FOTO)

“Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ARDNŞ-in Karbamid zavodunda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına start verib.

Bakı. “Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ARDNŞ-in Karbamid zavodunda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına start verib. QSC-dən Trend-ə verilən məlumata görə, hər birisinin çəkisi 800 kq olan boyük kisələrdə (biq baq) daşınan karbamidin ümumi çəkisi 1984 ton təşkli edib. Karbamid zavoodundan yük avtomobilləri ilə H.Z.Tağıyev stansiyasına çatdırılaraq, burada ADY Express şirkətinin təqdim etdiyi 40 ədəd yarımvaqona yüklənib və yola salınıb. Gürcüstandakı tərəfdaş şirkəti olan "GR Logistics and Terminals" şirkəti ilə birgə, ADY Express karbomidi Batumi limanına nəql edir. Buradan yük, dəniz vasitəsi ilə, Latın Amerikasında olan alıcıya çatdırılacaq. Yaxın zamanda karbamidin daha boyük partiyasının xaricə nəql olunması planlaşdırılır.