Mərkəzi Gömrük Hospitalının həkimi nüfuzlu xarici jurnallara rəyçi ekspert seçilib


Digərləri 25 Okt 2019 11:30:00 305 0

Mərkəzi Gömrük Hospitalının həkimi nüfuzlu xarici jurnallara rəyçi ekspert seçilib

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahıyyə şöbəsinin rəisi Namiq Novruzov ABS-da çap olunan nüfuzlu “Annals of Transplantation” jurnalının və İngiltərədə çap olunan “World Journal of Surgical Oncology” jurnalının rəsmi rəyçi eksperti seçilib.

Bakı. Mərkəzi Gömrük Hospitalının ümumi cərrahıyyə şöbəsinin rəisi Namiq Novruzov ABS-da çap olunan nüfuzlu “Annals of Transplantation” jurnalının və İngiltərədə çap olunan “World Journal of Surgical Oncology” jurnalının rəsmi rəyçi eksperti seçilib. Adı çəkilən jurnalların rəsmiləri Dr. Namiq Novruzova məktubla müraciət edərək, həmin jurnallarda dərc olunacaq elmi məqalələri qiymətləndirməyi, rəy verməyi təklif ediblər. Dr. Namiq Novruzov bu təklifi qəbul etmiş və artıq bu elmi jurnallarda çapa təqdim edilən 2 məqaləyə öz rəyini vermişdir. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının təcrübəli həkimi, ümumi cərrah Dr. Namiq Novruzov cərrahiyyənin müxtəlif sahələrini əhatə edən 50-dən artıq elmi məqalənin və 1 kitabın müəllifidir. O, ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, transplantasiya və invaziv endoskopiyanı əhatə edən geniş çeşidli diaqnostik və cərrahi əməliyyatlar üzrə ixtisaslaşmışdır. (adsgarden = window.adsgarden || []).push({}); Azərbaycanlı mütəxəssisin dünyanın nüfuzlu jurnallarına ekspert seçilməsi münasibətlə onu ürəkdən təbrik edirik, elmi fəaliyyətində uğurlar arzulayırıq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin