Mərkəzi Bank uçot dərəcəsini azaldıb


Digərləri 25 Okt 2019 11:13:00 321 0

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib.

Bakı. Kəmalə Məmmədli - Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.