Bakıda qadın əməliyyat zamanı öldü


Digərləri 25 Okt 2019 11:09:00 310 0

Bakıda qadın əməliyyat zamanı öldü

Bakıda klinikada ölüm hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən "MedAura" klinikasında qeydə alınıb.

Həmin klinikada estetik əməliyyat olunan, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziyadan sonra ölüb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Faktla bağlı araşdırma aparılır.