Qurban Qurbanov: "Rəşadın qədrini bilməliyik"


İdman 25 Okt 2019 10:26:00 96 0

Qurban Qurbanov: "Rəşadın qədrini bilməliyik"

"Hamımız üçün maraqlı oyun oldu. Meydanda yaxşı mübarizə və qollar var idi. Azarkeş də bunun üçün stadiona gəlir. Hər birini göstərə bildik. Bu matç bütün komandaya çox şey verdi. Hesabda geri olsaq da, sona kimi soyuqqanlı çıxış etdik. Futbolçuları təbrik edirəm. Möhtəşəm azarkeşlər var idi. Bu gün tam birlik gördüm".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakı Kipr APOEL-i ilə heç-heçə (2:2) etdikləri oyundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, epizodlarl sağa-sola xərcləməyiblər: "Rəqibin müdafiədəki oyununu nəzərə almaq lazımdır. 1-2 epizod istisna olmaqla, digərləri mübarizə şəraitində idi. Həmin anda dəqiq zərbə vurmaq asan deyil. Mahir Emreli hazırda formada deyil. Zədədən yeni qayıdıb. Yaxşı oynadıq və qol epizodları yaratdıq. Hər oyun hansısa oyunçumuz fərqlənə bilər. Daha sərrast olmaları üçün futbolçuların üzərində işləyirik".

Təcrübəli məşqçi oyundan razı qaldığını əlavə edib: "Bu rəqibə son matçda uduzmuşduq. Bu gün isə hesabda geri düşdük və geridönüş etmək çətin idi. Başqa kollektivə qarşı bəlkə də asan olardı. Fasilədə danışdıq ki, hamı soyuqqanlı olmalıdır. Hazırlaşdığımız oyunu göstərə bildik. Bu baxımdan razı qaldım.

Qurbanov qarşılaşmada dəyişikliklərdən istifadə etməməsindən də danışıb: "Matçın gedişində dəyişiklik barədə düşündüm. Ancaq elə oldu ki, buna ehtiyac duymadım. Bəzən belə oyunlarda stress daha çox olur. Ehtiyat etdim ki, oyunumuz pozula bilər. Rəqib də bu gün fərqli çıxış etdi".

Məşqçi qrupdan çıxmaq şansları barədə də fikirlərini bölüşüb: "Hazırda hər üç komandanın şansı var. Görünən odur ki, hər şey son oyunda bəlli olacaq. Hazırda öndəyiksə, çalışacağıq ki, bunu qoruyub saxlayaq. Hansısa kollektivin daha şanslı olduğunu deyə bilmərəm. Hər zaman öz oyunumuzu daha da yaxşılaşdırmaq istəmişəm. Ev matçı ilə səfər oyunu tam fərqli olur. Evdəki komandanın hücum etmək şansı daha çox olur".

Qurbanov kapitan Rəşad Sadıqovun çıxışı barədə də danışıb: "Futbolda səhvsiz oyunçu olmur. Oyunçularımızın qədrini bilməliyik. Bir epizodla futbolçuya qiymət vermək heç də düzgün deyil. Birinci qolda top Maksim Medvedevin belinə dəydi və qapıya daxil oldu. Yaxşı ki, Rəşada dəyməyib. Onun qədrini bilməliyik. Belə fikirlər məni narahat etmir. Oyunçularla daim ünsiyyətdə oluruq. Onlara tövsiyələr etmişəm ki, belə söz-söhbətlər işimizə mane olmasın. Azarkeşin haqqıdır, məni də istefaya səsləyə bilər. Deyə bilərlər ki, karyerasını başa vursun. Bütün fikirlərə hörmətlə yanaşıram. Emosional olaraq belə fikirlər səsləndirə bilərlər, amma hamısının bizimlə olduğunu bilirəm".

Əli Kərimlinin əsl simasından xəbəriniz varmı?  "Politşou" təqdim edir like
  • 25 Okt 10:24  
Siyasət Əli Kərimlinin əsl simasından xəbəriniz varmı? "Politşou" təqdim edir

Trend İnformasiya Agentliyi рolitoloq Elçin Alıoğlunun "Politşou"

arrow Ətraflı
“Həkimlərimizi tanıyın!” - Peşəkar həkim, mama-ginekoloq Dr. Nərmin Muradova like
  • 25 Okt 10:22  
Digərləri “Həkimlərimizi tanıyın!” - Peşəkar həkim, mama-ginekoloq Dr. Nərmin Muradova

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə yüzlərlə qadına ana

arrow Ətraflı
Tarkanın əmisi oğlu həbsxanadan qaçdı like
  • 25 Okt 10:19  
Digərləri Tarkanın əmisi oğlu həbsxanadan qaçdı

Türkiyənin meqastarı Tarkanın 41 yaşlı əmisi oğlu Servet Tevetoğlunun h

arrow Ətraflı
DİQQƏT! Bakıda 2 marşrut xəttinin istiqaməti dəyişdirildi like
  • 25 Okt 10:14  
Digərləri DİQQƏT! Bakıda 2 marşrut xəttinin istiqaməti dəyişdirildi

Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edil

arrow Ətraflı
Əli Kərimlinin əsl simasından xəbəriniz varmı? - "Politşou" təqdim edir (Videolayihə) like
  • 25 Okt 10:13  
Digərləri Əli Kərimlinin əsl simasından xəbəriniz varmı? - "Politşou" təqdim edir (Videolayihə)

Trend İnformasiya Agentliyi рolitoloq Elçin Alıoğlunun "Politşou" videolay

arrow Ətraflı
Azərbaycanlı ekstrasens Moskvada güllələndi like
  • 25 Okt 10:09  
Kriminal Azərbaycanlı ekstrasens Moskvada güllələndi

Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.

arrow Ətraflı
Maliyyə Bazarlarına Nəzarət Palatasında banklarla görüş keçirilib like
  • 25 Okt 10:07  
Digərləri Maliyyə Bazarlarına Nəzarət Palatasında banklarla görüş keçirilib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tə

arrow Ətraflı
"Soyunma otağına girib, dodaqlarıma yapışdı" like
  • 25 Okt 10:04  
Digərləri "Soyunma otağına girib, dodaqlarıma yapışdı"

"Çocuklar duymasın" serialındakı Meltem obrazı ilə şöhrət qaz

arrow Ətraflı
Deputat: Azərbaycanın idarəetmə sistemi tarixində yeni era başlayır like
  • 25 Okt 10:00  
Digərləri Deputat: Azərbaycanın idarəetmə sistemi tarixində yeni era başlayır

Azərbaycanda həyata keçirilən islahatlar hazırda kadr islahatları mərhəl

arrow Ətraflı
Dadlı və faydalı: "Kalinka"nın tərkibində indi zeytun yağı var like
  • 25 Okt 10:00  
Digərləri Dadlı və faydalı: "Kalinka"nın tərkibində indi zeytun yağı var

"Kalinka" tərkibi yenilənən brendin buraxılışını elan etdi. H

arrow Ətraflı
Kaliforniyada təxliyə var - Meşələr yanır like
  • 25 Okt 09:55  
Digərləri Kaliforniyada təxliyə var - Meşələr yanır

Kaliforniyada meşə yanğınları səbəbiylə 40-50 min sakin təxliyə edilə

arrow Ətraflı
Ərindən ayrılan azərbaycanlı müğənni like
  • 25 Okt 09:55  
Şou-biznes Ərindən ayrılan azərbaycanlı müğənni

Ərindən ayrıldıqdan sonra, köçüb Türkiyədə yaşayan müğənni Sevinc

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 25 Okt 09:54  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 25 oktyabr tarixindən etibarən valyuta məzənnə

arrow Ətraflı
Tərtər, Ağdam, Füzuli rayonlarının bəzi kəndləri atəşə tutuldu like
  • 25 Okt 09:49  
Digərləri Tərtər, Ağdam, Füzuli rayonlarının bəzi kəndləri atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı