Gəncə və 5 rayonda qaz kəsiləcək


Digərləri 25 Okt 2019 11:01:00 335 0

Gəncə və 5 rayonda qaz kəsiləcək

Səhər saat 09:00-dan Gəncə şəhəri, Göygöl, Samux, Ağsu rayonları, saat 09:30-dan Ağstafa rayonu, saat 10:00-dan isə Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

Bakı. Samir Əli - Oktyabrın 25-də istehlakçılara təbii qazın stabil rejimdə və fasiləsiz ötürülməsi üçün keyfiyyətin daha da artırılması, tələbata uyğun tənzimləmələrin aparılması, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işləri icra olunacaq. Bu barədə Trend "Azəriqaz" İstehsalat Birliyinə xəbər verir. Bu zaman səhər saat 09:00-dan Gəncə şəhəri, Göygöl, Samux, Ağsu rayonları, saat 09:30-dan Ağstafa rayonu, saat 10:00-dan isə Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.