Azərbaycan TBMM və Asiya Parlament Assambleyasının şura iclasında təmsil olunacaq


Digərləri 25 Okt 2019 11:09:00 242 0

Azərbaycan TBMM və Asiya Parlament Assambleyasının şura iclasında təmsil olunacaq

Millət vəkili Siyasi Məsələlər, Büdcə və Planlaşdırma Daimi komitələrinin iclaslarına qatılacaq.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin deputatı İlham Məmmədov Türkiyə Böyük Millət Məclisi (TBMM) və Asiya Parlament Assambleyasının təşkilatçılığı ilə İcraedici Şuranın 1-ci iclasında iştirak etmək üçün oktyabrın 25-də Türkiyənin Rizə şəhərinə səfərə gedəcək. Trend-in məlumatına görə, millət vəkili Siyasi Məsələlər, Büdcə və Planlaşdırma Daimi komitələrinin iclaslarına qatılacaq. Deputatımız iclasda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək. Səfər oktyabrın 28-də başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin