Bərdədə baş vermiş bədbəxt hadisə ilə bağlı RƏSMİ


Digərləri 25 Okt 2019 10:55:00 313 0

Bərdədə baş vermiş bədbəxt hadisə ilə bağlı RƏSMİ

Yevlax-Bərdə mənzilində baş vermiş bədbəxt hadisə ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti (QSC) açıqlama verib.

Bakı. Ceyhun Ələkbərov - Yevlax-Bərdə mənzilində baş vermiş bədbəxt hadisə ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti (QSC) açıqlama verib. QSC-dən Trend-ə verilən məlumata görə, oktyabrın 24-də saat 23:05 radələrində Yevlax-Bərdə mənzilində xəsarətlə nəticələnən hadisə qeydə alınıb. Teplovoz Yevlax-Bərdə mənzilinin 31-ci kilometrində hərəkətdə olan zaman Ağdam rayonundan olan 1979-cu il təvəllüdlü Mənsurə Fərhad qızı Quliyeva və 1988-ci il təvəllüdlü Kənan Elbrus oğlu Məmmədov qadağan olunmuş yerdən dəmir yolunu keçmək istəyiblər. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Xəsarət alan Mənsurə Quliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin