Bakıda karxanada faciə - 58 yaşlı kişi kombaynın altında qalıb öldü


Digərləri 25 Okt 2019 10:46:00 277 0

Bakıda karxanada faciə - 58 yaşlı kişi kombaynın altında qalıb öldü

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda daş karxanasında ölüm hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Qaradağ rayonu, Səngəçal qəsəbəsində, "Karvansaray" əhəng daşı karxanasında kombaynçı-maşinist işləyən Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Əliəfsər Qurban oğlu karxanada işləyərkən işlətdiyi daşkəsən kombayn relsdən çıxıb. Ə.Əhmədov kombaynı relsin üzərinə qaldırmaq istəyərkən həmin kombayn hərəkətə gəlib. Nəticədə Ə.Əhmədov kombaynın altında qalaraq ölüb. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin