Ərindən ayrılan azərbaycanlı müğənni


Şou-biznes 25 Okt 2019 09:55:00 401 0

Ərindən ayrılan azərbaycanlı müğənni

Ərindən ayrıldıqdan sonra, köçüb Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova məşhur türk aktyorla bir araya gəlib.

Son.az xəbər verir ki, Sevinc Türkiyənin son zamanların ən yaraşıqlı aktyoru kimi adından söz etdirən Can Yamanla səmimi pozada çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb.

Müğənni təqibçilərinin "Sevgilindir?" suallarını cavabsız qoyub.

Qeyd edək ki, Can Yamanın rol aldığı filmlər şərqdə olduğu qədər Avropada da böyük maraqla izlənilir. Buna sübut olaraq yaraşıqlı aktyorun İtaliya səfəri zamanı Romada qadın fanatlarının ona "hücumunu" göstərmək olar. Canla eyni filmdə baş rola çəkilmək üçün aktrisaların "gizli savaşı" son zamanlar Türkiyə maqazin mediasının gündəmindən düşmür.

(adsgarden = window.adsgarden || []).push({});