Gənc oğlanı xilas edib özü qatarın altında qaldı


Digərləri 25 Okt 2019 09:19:00 347 0

Gənc oğlanı xilas edib özü qatarın altında qaldı

Bərdədə bədbəxt hadisə baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Köhnə bazar" adlanan ərazidən keçən qatar rayonun Alaçadırlı qəsəbəsində yaşayan Quliyeva Mənsurəni vurub.

Hadisə qadının işdən çıxdığı vaxt baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Kənan Elbrus oğlu işdən çıxan qadın qatarın yaxınlaşdığını görüb. Bu zaman oğlanı itələyərək relsin üzərindən kənara atan qadını qatar vurub. Ağdamın Mərzili kəndindən olan yaralı qadın dərhal Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə zamanı onun sol qolu qopub.

Faktla bağlı araşdırma aparılır.