Morales növbəti dəfə Boliviyanın prezidenti seçildi


Dünya 25 Okt 2019 09:04:00 279 0

Morales növbəti dəfə Boliviyanın prezidenti seçildi

Boliviyanın hazırkı prezidenti Evo Morales ölkədə oktyabrın 20-si keçirilən prezident seçkilərində qalib gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Ali Seçki Məhkəməsinin yekun yekun məlumatında deyilir.

E.Morales 99,9 faiz səsələrin hesablanmasından sonra 47,07 faiz səs toplayıb, onun ən yaxın rəqibi Karlos Mesa isə 36,51 faiz səs toplayıb.

Seçkilərdə seçici fəallığı 88,31 faiz təşkil edib.