Səudiyyə Ərəbistanı ABŞ komandanlığı altında hərbi təlimlərdə iştirak edəcək


Dünya 25 Okt 2019 08:52:00 314 0

Səudiyyə Ərəbistanı ABŞ komandanlığı altında hərbi təlimlərdə iştirak edəcək

Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri ABŞ-ın komandanlığı altında keçiriləcək ən böyük miqyaslı beynəlxalq hərbi təlimlərdə iştirak edəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir: "Səudiyyə Ərəbistanı Kral Hərbi Dəniz Qüvvələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı tərəfindən 56 ölkənin və 6 beynəlxalq təşkilatın iştirakı ilə Fars körfəzinin şimalında, Oman körfəzində, Ərəb dənizində, Cibuti sahillərində və Aqaba körfəzində oktyabrın 25-dən noyabrın 15-dək təşkil edilən dünyanın ən böyük miqyaslı "IMX 19" beynəlxalq hərbi təlimlərində iştirak edəcək".

Nazirlikdən qeyd ediblər ki, təlimlərin məqsədi naviqasiya azadlığına təhlükə yaradan təhdidləri aradan qaldırmaqdır.