Ekvatorial Qvineyanın Prezidenti Azərbaycana səfərə gəlib


Siyasət 25 Okt 2019 06:49:00 266 0

Ekvatorial Qvineyanın Prezidenti Azərbaycana səfərə gəlib

Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ekvatorial Qvineyanın dövlət başçısını hava limanında Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.