Səudiyyə Ərəbistanı ABŞ komandanlığı altında hərbi təlimlərdə iştirak edəcək


Digərləri 25 Okt 2019 07:14:00 301 0

Səudiyyə Ərəbistanı ABŞ komandanlığı altında hərbi təlimlərdə iştirak edəcək

Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri ABŞ-ın komandanlığı altında keçiriləcək böyük miqyaslı beynəlxalq hərbi təlimlərdə iştirak edəcəklər.

Bakı. Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri ABŞ-ın komandanlığı altında keçiriləcək ən böyük miqyaslı beynəlxalq hərbi təlimlərdə iştirak edəcəklər. Trend-in məlumatına görə, Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir: "Səudiyyə Ərəbistanı Kral Hərbi Dəniz Qüvvələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı tərəfindən 56 ölkənin və 6 beynəlxalq təşkilatın iştirakı ilə Fars körfəzinin şimalında, Oman körfəzində, Ərəb dənizində, Cibuti sahillərində və Aqaba körfəzində oktyabrın 25-dən noyabrın 15-dək təşkil edilən dünyanın ən böyük miqyaslı "IMX 19" beynəlxalq hərbi təlimlərində iştirak edəcək". Nazirlikdən qeyd ediblər ki, təlimlərin məqsədi naviqasiya azadlığına təhlükə yaradan təhdidləri aradan qaldırmaqdır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin