Yaponiyada təxminən 2 milyon dollar dəyərində brilyant oğurlanıb


Digərləri 25 Okt 2019 06:15:00 251 0

Yaponiyada təxminən 2 milyon dollar dəyərində brilyant oğurlanıb

Yaponiyanın Yokohama şəhərində keçirilən qiymətli əşyalar sərgisindən təxminən 200 milyon yen (1.8 milyon dollar) dəyərində olan brilyant oğurlanıb

Bakı. Yaponiyanın Yokohama şəhərində keçirilən qiymətli əşyalar sərgisindən təxminən 200 milyon yen (1.8 milyon dollar) dəyərində olan brilyant oğurlanıb. Trend-in məlumatına görə, 50 karatlıq brilyant digər qiymətli daşlar arasında "Pasifiko Yokohama" sərgi mərkəzində nümayiş etdirilib. Sərgi bağlanmamışdan bir müddət əvvəl xidmətçi daşın yoxa çıxdığını aşkar edib. Polislərin sözlərinə görə, brilyant çox qısa müddət ərzində oğurlanıb. Onlar bildirir ki, qarətçilər qrup şəklində hərəkət ediblər və ola bilər ki, sərgi salonunun xidmətçiləri arasında ortaqları olub. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin