Böyük Britaniyanın İcmalar Palatası növbədənkənar seçkilər ilə bağlı səs verəcək


Digərləri 25 Okt 2019 05:21:46 264 0

Böyük Britaniyanın İcmalar Palatası növbədənkənar seçkilər ilə bağlı səs verəcək

Böyük Britaniya hakimiyyəti növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələni İcmalar Palatasının müzakirəsinə çıxaracaq

Bakı. Böyük Britaniya hakimiyyəti növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələni İcmalar Palatasının müzakirəsinə çıxaracaq. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu qanunvericilər qarşısında çıxışı zamanı İcmalar Palatasının lideri və Böyük Britaniyanın Nazirlər Kabinetinin üzvü Ceykob Ris-Moq deyib. C.Ris-Moq bildirib: "Parlamentin bazar ertəsi üçün gündəliyinə gəldikdə, parlamentarilər ətraf mühitin qorunması haqqında qanun layihəsini ikinci oxunuşda müzakirə etməzdən əvvəl onların növbədənkənar parlament seçkilərini müzakirə etmək imkanları olacaq". (adsgarden = window.adsgarden || []).push({}); O əlavə edib ki, əgər İcmalar palatasına növbədənkənar seçkilər dekabrın 12-sinə təyin edilərsə seçki kampaniyasının keçirilməsi üçün parlament noyabrın 6-sı buraxılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin