Anneqret KrampKarrenbauerin "gülləsi boşa çıxacaq"


Dünya 25 Okt 2019 04:30:00 212 0

Anneqret KrampKarrenbauerin "gülləsi boşa çıxacaq"

Bu gün Brüsseldə NATO üzvü olan ölkələrin Müdafiə nazirlərinin konfransı keçirilir. Bu ərəfədə Almaniyanın Müdafiə Nazirliyinin rəhbəri Anneqret Kramp-Karrenbauer Suriyanın şimalında beynəlxalq qüvvələr tərəfindən nəzarət edilən təhlükəsizlik zonası yaradılmasını təklif edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu təklif Şimali Atlantika bloku üzrə müttəfiqlər tərəfindən heç də birmənalı qarşılanmayıb. ABŞ-dan başqa heç bir dövlət bu təklifi dəstəkləməyib. Üstəlik, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bu ideyanı şəksiz müsbət ideya adlandırdığına baxmayaraq, qeyd edib ki, Türkiyənin şimalında təhlükəsizlik zonasına birgə patrul nəzarəti barədə Moskva ilə Ankara arasında yeni razılaşmalar ilə əlaqədar alman həmkarının niyyətinin praktiki olaraq, həyata keçirilməsi perspektivini qiymətləndirməyə çətinlik çəkir.

NATO-nun Baş katibi Yens Stoltenberq diplomatik mövqe tutaraq alman nazirin təklifini "diskussiyaya töhfə" adlandırıb.

Paris isə Anneqret Kramp-Karrenbauerin təklifini birmənalı olaraq tənqid edib və Almaniya Müdafiə nazirinin təşəbbüsünü hadisələrin inkişaf dinamikasından daha çox daxili siyasi gündəliyə uyğun təklif adlandırıb.