"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb


Digərləri 25 Okt 2019 04:37:57 309 0

"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb

"Facebook" və "İnstagram" sosial şəbəkələrinin istifadəçiləri xidmətlərin işlərində qüsurlarla üzləşiblər

Bakı. "Facebook" və "İnstagram" sosial şəbəkələrinin istifadəçiləri xidmətlərin işlərində qüsurlarla üzləşiblər. Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir. Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada, Almaniya, Böyük Britaniya v Portugaliya sakinlərində müşahidə edilir. Bildirilir ki, "Facebook" istifadəçilərin şikayətlərinin təxminən 45 faizi sosial şəbəkənin xəbər lentinin, 34 faizi sosial şəbəkənin tamamilə işləməməsi, 19 faizi isə öz hesablarına daxil ola bilməmələri ilə əlaqədardır. (adsgarden = window.adsgarden || []).push({}); "İnstagram" istifadəçilərinin isə təxminən 83 faizi sosial şəbəkənin xəbər lentinin işləməməsi, 9 faizi saytların çətin açılması, 6 faizi isə ismarıclara baxa bilməmələrindən şikayət edirlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin