Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Banqladeşin Baş Naziri də iştirak edəcək


Siyasət 25 Okt 2019 00:00:00 396 0

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Banqladeşin Baş Naziri də iştirak edəcək

Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Xanım Şeyx Hasinanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.