Starlink test olundu


Digərləri 24 Okt 2019 23:40:00 340 0

Starlink test olundu

Digər planetlərin kolonizasiyası və kosmosa səyahətdən əlavə olaraq Elon Musk, Yer kürəsində hamının istifadə edə biləcəyi peyk interneti sistemini qurmaq istəyir.

Son.az technote.az-a istinadən bildirir ki, bir neçə saat bundan öncə isə o, Starlink peyk şəbəkəsinə qoşulmuş smartfonu vasitəsilə Twitter-də ilk tweet-i yerləşdirdi. Bu barədə 4pda saytı xəbər verib. Musk Twitter-də iki ədəd tweet paylaşıb. Nəticədə onun bu tweet-ləri çoxlu sayda müzakirələrə səbəb olub. Belə ki, çox insan onun sözügedən tweet-ləri Starlink peyk şəbəkəsi vasitəsilə paylaşdığına inanmayıblar. Çünki Musk bu mövzuda hansısa bir sübutu gətirməyib. Bundan əlavə olaraq bir çox istifadəçilər həmçinin bunu internet memə də çeviriblər. Son.az

(adsgarden = window.adsgarden || []).push({});