Xərçəngdən qoruyan SINANMIŞ ÜSULLAR –


Digərləri 24 Okt 2019 23:22:00 334 0

Xərçəngdən qoruyan SINANMIŞ ÜSULLAR –

Tanınmış rusiyalı onkoloq professor Nikolay Jukov xərçəngdən qoruya biləcək sınanmış və təsdiq olunmuş üsulları haqqında məlumat verib.

Son.az saglamolun.az-a istinadən bildirir ki, professorun sözlərinə görə bu üsullardan biri bədən çəkisini daim normada saxlamaqdır. Tibdə sübut olunub ki, artıq çəki süd vəzi, uşaqlıq, yumurtalıqlar, yoğun bağırsaq, mədəaltı vəz, böyrəklər, mədə, qaraciyər xərçənginin riskini artırır.

Həmçinin onkoloq qeyd edib ki, siqaretdən imtina etmək ağciyər, dodaq, qırtlaq, sidik kisəsi, qan və bir çox digər xərçəng növlərinin riskini azaldır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qırmızı ət və emal olunmuş ətin (sosis, kolbasa və s.) çoxlu miqdarda istehlakını kanserogen faktor hesab edir. Qıdalanmada qırmızı ətin azaldılması və emal olunmuş ətdən imtina xərçəngin riskini azalda bilər.  

Professor Jukovun sözlərinə görə, istənilən miqdarda istənilən spirtli içkilər xərçəngin riskini artırır. Bu səbəbdən onlardan imtina etmək lazımdır.

(adsgarden = window.adsgarden || []).push({});