Hindistan və Pakistan zəvvarlarla bağlı razılığa gəlib


Dünya 24 Okt 2019 22:00:00 251 0

Hindistan və Pakistan zəvvarlarla bağlı razılığa gəlib

Hindistan və Pakistan oktyabrın 24-də hindistanlı zəvvarlara sərhədi keçərək Pakistandakı Sindh məbədinə getmək imkanı verən müqavilə imzalayıblar.

Bu müqavilənin imzalanması iki nüvə silahına malik rəqiblər arasında olan gərginlik və başqa sərhəd yerlərində toqquşma baş verdiyi dövrə təsadüf edir.

Hindistandakı sindh azlığı uzun zamandır müsəlmanların çoxluq təşkil etdiyi Pakistanın sərhədində olan məbədə daha asan giriş əldə etməyə çalışırdı.

Saziş Hindistandan Pakistanın Kartarpur şəhərinə, Sindhizmin banisi Quru Nanakın öldüyü yerin qeyd olunduğu məbədə vizasız giriş imkanı verəcək.

"Bu gün bu müqavilənin imzalanması ilə Kartarpur Sahib Dəhlizinin fəaliyyət göstərməsi üçün rəsmi bir əsasa sahibik" Hindistanın Daxili İşlər Nazirliyində müştərək katib S.C.L. Das bu barədə jurnalistlərə xəbər verib.