Qıcqırma təhlükəli xəstəlikdən xəbər verə bilər


Digərləri 24 Okt 2019 22:25:00 256 0

Qıcqırma təhlükəli xəstəlikdən xəbər verə bilər

Qıcqırma - döş sümüyü arxasında, boğazda, yemək (qida) borusu boyunca hiss olunan yandırma hissiyyatıdır. Bəzi məlumatlara əsasən, dünya əhalisinin 40%-i qıcqırmadan əziyyət çəkir.Bəzi insanlarda bu əlamət müvəqqəti, digərlərində isə daimi xarakter daşıyıraq, heç bir təşvişə səbəb olmur. Bəs qıcqırmanı yaradan nədir?

Son.az medicina.az-a istinadən bildirir ki, mədə ilə qida (yemək) borusu arasında sfinkter- əzələ həlqəsi movcuddur ki, o da yalnız qida, yemək borusundan (mədəni ağız boşluğu ilə birləşdirən boru) mədəyə keçərkən açılır. Digər vaxtlarda isə sfinkter sıx şəkildə bağlanmış olaraq, mədədə olan qidanın qida borusana doğru geriyə qayıtmasına imkan vermir. Normal halda məhz belə də olmalıdır.   Bu şirənin tərkibində çox güclü kimyəvi maddə olan xlorid turşusu da daxildir. Hətda dəmiri də həll etmək xüsusiyyətinə malik olan bu turşu, bizim mədəmiz üçün qorxulu deyil. Buna səbəb isə, mədənin daxili səthində, bu maddənin təsirəndən qorucu qabiliyyətə malik olan, müdafiə qatının olmasıdır.

Yemək borusunda isə belə qat mővcud deyil. Məhz buna görə mədədən yemək borusuna düşmüş olan bu turşu bəzi hallarda çox güclü yandırıcı təsir göstərir. Mədə şirəsindən savayı, öd kisəsindən 12-barmaq bağırsağa, oradan mədəyə və sonra isə yemək borusuna düşə bilən öd də, yemək borusunu qıcıqlandıra bilər.

Tez-tez təkrar olunan qıcqırmanın əsas təhlükəsi ondan ibarətdir ki, yemək borusunda mədə turşusunun və ödün yeyici təsiri altında eroziyalar (xırda yaralar) əmələ gələ bilər. Bu eroziyalar qanaxmaya səbəb ola bilər. Uzun müddət ərzində mövcud olan və müalicə olunmayan eroziyalar hətta xərçəngə də çevrilə bilər. Buna görə, əgər siz müntəzəm olaraq (həftədə 2-3 dəfə) özünüzdə qıcqırma hiss edirsinizsə, mütləq həkimə müraciət edin.

Qıcqırma - ayrıca bir xəstəlik olmayıb, müxtəlif xəstəliklərin əlamətidir (qastrit, duodenit, xolesistit, öd daşı xəstəliyi və s.). Qıcqırma mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin də əlaməti ola bilər. Bu zaman qıcqırmanın nə vaxt baş verməsinə diqqət yetirmək lazımdır. Belə ki, əgər qıcqırma yeməkdən sonra baş verirsə, çox yəqin ki, bu, turşu reflyuksudur.

Əgər qıcqırma yeməkdən əvvəl baş vermiş olarsa, bu daha çox, xora xəstəliyi üçün xarakterik olan  əlamət hesab olunur. Qıcqırma adətən, kəskin, yağlı, çox qızardılmış qida qəbulundan sonra baş verir. Xroniki qəbizliyi olan insanlar da, bir çox hallarda, qıcqırmadan əziyyət çəkirlər. Bəzi hallarda, qıcqırma praktiki sağlam hesab edilən adamları da narahat edir. Bu, əsasən, həddindən artıq miqdarda qida, kəskin ədviyyatlar, yağlı qidalar, alkoqollu içkilərin qəbul edilməsi nəticəsində baş verir.

(adsgarden = window.adsgarden || []).push({});