BMW yenilənmiş Mini Clubmanın sirrini açdı


Digərləri 24 Okt 2019 22:20:00 383 0

BMW yenilənmiş Mini Clubmanın sirrini açdı

Yenilənmiş Mini Clubman modelinin təqdimatı olub.

Son.az ted.az-a istinadən bildirir ki, avtomobil indi unikal aerodinamik dam, eləcə də dəbli radiator barmaqlığı ilə tanına bilər. Bununla yanaşı, dizaynerlər Mini Clubman yeniliyində, həmçinin 18 düymlük diskləri, yeni növ LED optikasını təklif ediblər. Avtomobil Steptronic 7 pilləli avtomatik transmissiya ilə hərəkətə gətirilir.

Yük yerinin həcmi 1250 litrə çatıb ki, bu da iri baqajın daşınması üçün kifayətdir. Mini Clubman yeniliklərini yeni nəsil dizel və benzin mühərrikləri ilə əldə edə bilərsiniz. Yenilənmiş modelin başlanğıc qiyməti 31 min dollardan başlayır. Avtomobilin qalan üstünlükləri hələ göstərilməyib.

(adsgarden = window.adsgarden || []).push({});