Yanacaqsız işləyən avtomobillərə maraq artıb


Digərləri 24 Okt 2019 22:10:00 272 0

Yanacaqsız işləyən avtomobillərə maraq artıb

2018-ci ildə dünya bazarında 2 milyon ədəd elektromobil satılıb. Bu 2017-ci illə müqayisədə 63 faiz çoxdu. Bu il isə satış göstəricisinin 3 milyon olacağı gözlənilir.

Son.az ted.az-a istinadən bildirir ki, ölkəmizə idxal olunan elektromobillərin sayı da artıb. Belə ki, 2018-ci ildə bu rəqəm 66 idisə, bu ilin yanvar-sentyabr ayları ərzində idxal olunan elektrik mühərrikli avtomobillərin sayı 112 olub.

Mütəxəssislər hesab edir ki, əgər yanacaqsız çalışan bu avtomobillərin istifadəsi üçün ölkədə lazımi şərait yaradılarsa bu tip maşınlara tələb və maraq daha da artar. Çünki Bakı şəhərində və ətraf kəndlərdə elektromobil üçün enerji doldurulma məntəqələri və servis məntəqələri mövcud deyil.

Qeyd edək ki, bu ildən etibarən Azərbaycana elektrik avtomobillərinin idxalı əlavə dəyər vergisindən azad edilib. Bunula yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində gömrük rüsumu ödəmək lazımdır.

Xatırladaq ki, hazırda dünyada 1,1 milyondan çox elektromobil və hibrid avtomobillərdən istifadə olunur. Bu avtomobillərin 80 faizi ABŞ, Çin, Yaponiya, Hollandiya və Norveç kimi ölkələrin payına düşür.

(adsgarden = window.adsgarden || []).push({});