5G ilə ucuz smartfonlar – MediaTek yeni MT6873 platformasını hazırlayır


Digərləri 24 Okt 2019 21:45:00 296 0

5G ilə ucuz smartfonlar – MediaTek yeni MT6873 platformasını hazırlayır

MediaTek şirkətinin 5G modemi və belə modemi olan birkristallı sistemi var. Lakin MediaTek 5G SoC hələ ki, heç bir seriya istehlak cihazında yoxdur, belə ki, nə qədər məhsuldar olduğu və hansı seqmentdə mövcudluğu da bilinmir.

Son.az ted.az-a istinadən bildirir ki, artıq şirkətin yeni məhsulu haqqında məlumatlar ortaya çıxıb. Sızıntılara görə, gələn il MediaTek daha bir yeddi nanometrli, 5G modemi ilə birkristallı sistem təqdim edəcək və bu, dəqiq olaraq orta qiymət seqmentinə istiqamətlənəcək.

Mt6873 kataloq nömrəsini alan bu SoC, MT6885-dən (5G SoC) daha ucuz, kristal ölçüsü isə 25% daha az olacaq. Mənbə arxitekturanın eyni qalacağını söyləyir, amma bunun nə demək olduğu tam aydın deyil. Cortex-A77 və GPU Mali-G77 nüvələrinin qorunacağı ehtimalı da mövcuddur.

Yeni platforma smartfonlarda gələn ilin üçüncü rübündə, 5G SoC isə birinci rübdə görünməlidir.

(adsgarden = window.adsgarden || []).push({});