Biləsuvarda qoyun oğruları saxlanılıb


Digərləri 24 Okt 2019 21:02:34 273 0

Biləsuvarda qoyun oğruları saxlanılıb

Ümumilikdə 20 baş qoyun oğurlamaqda şübhəli bilinən Biləsuvar rayonunun Zəhmətabad kənd sakinləri X.Cəfərov və İ.Şahbazov saxlanılıblar.

Bakı. Samir Əli - Ümumilikdə 20 baş qoyun oğurlamaqda şübhəli bilinən Biləsuvar rayonunun Zəhmətabad kənd sakinləri X.Cəfərov və İ.Şahbazov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar RPŞ-yə müraciət edən Xırmandalı kənd sakini B.Xankişiyev cari il avqustun 10-da Ağalıkənd kəndinin ərazisindəki fermadan 5 baş qoyununun oğurlanmasını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəhmətabad kənd sakinləri X.Cəfərov və İ.Şahbazov polis əməkdaşları tərəfindən saxlanılıblar. (adsgarden = window.adsgarden || []).push({}); Ətraflarında aparılmış tədbirlərlə onların İ.Nuraliyevə və D.Cəfərova məxsus 15 baş qoyunu oğurlamaları da müəyyən edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin