Cibutinin Prezidenti Azərbaycana səfərə gəlib


Siyasət 24 Okt 2019 19:46:00 270 0

Cibutinin Prezidenti Azərbaycana səfərə gəlib

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, Cibutinin Prezidenti İsmail Ömər Qellehi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşıladılar.